Sabah Topaz Premyer Liqasında XXIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, həftəsonuna təsadüf edəcək turun görüşləri iki gün ərzində keçiriləcək.
İlk oyun günündə lider “Qarabağ”la autsayder “Kəpəz” üz-üzə gələcək. 14 turdu uduzmayan Qurban Qurbanovun yetirmələri çempionluq yolunda növbəti addımı atmağa çalışacaq. Rəqibi ilə duellərdə 23 matçdı qələbəyə, son 6 görüşdü xala, cari mövsümün 3 oyununda isə qola həsrət Gəncə təmsilçisi çempion üçün “asan yem” sayılır. Bu üzdən 4 turdu qalib gələ bilməyən Yunis Hüseynovun yetirmələrinin uğursuz seriyanı qıracağı inandırıcı deyil.
Digər üç qarşılaşma turun ikinci gününə təsadüf edəcək. Mərkəzi qarşılaşma Zirədə baş tutacaq. Avrokuboklar üçün “döyüşən” “Neftçi” və “Zirə” sonuncuların meydanında üz-üz gələcək. “Ağ-qaralar” tarixi ərzində heç bir çempionat görüşündə məğlub etmədiyi “kabus”u keçməyə cəhd edəcək. 6 turdu uduzmayan Tərlan Əhmədovun yetirmələri rəqibin enişdə olmasından yararlanmalıdı. Ayxan Abbasovun komandası isə 2018-ci ilin 8 matçında qələbə nə olduğunu bilmir.
“Sumqayıt”la “Keşlə” arasındakı matç da az önəm kəsb etmir. Azərbaycan kubokunun yarımfinalında da rəqib olan komandalar 7 günə sığan “üç pərdəlik” mübarizənin ikincisinə çıxacaq. Kubokun ilk görüşündə uduzan Samir Abasovun baş məşqçisi olduğu komanda çempionatdakı mövqeyini qorumaq üçün 3 xal qazanmalıdı. Yuri Maksimovun komandası isə 7-ci sıranı tərk etmək üçün xal hesabını zənginləşdirməlidi.
“Keşlə”nin irəliləməsi “Səbail”in “Qəbələ”ylə səfər matçından da asılıdı. 5 matçdı qalib gələ bilməyən debütant son qələbəsini məhz Roman Qriqorçukun yetirmələri ilə matçda əldə edib. “Qırmızı-qaralar” isə 3 turluq heç-heçə seriyasını Samir Əliyevin komandası ilə matçda son qoymaq əzmindədi. Rəqiblərin cari mövsümdəki görüşləri məhsuldarlığı ilə diqqət çəkdiyindən Qəbələdə də qollu oyun olması istisna deyil.
Topaz Premyer Liqası
XXIII tur
14 aprel (şənbə)
16:00. “Kəpəz” – “Qarabağ”
Mövsümün əvvəlki oyunları: 0:2, 0:2, 0:1
Gəncə şəhər stadionu
15 aprel (bazar)
17:00. “Qəbələ” – “Səbail”
Mövsümün əvvəlki oyunları: 3:1, 3:1, 1:2
Qəbələ şəhər stadionu
18:00. “Sumqayıt” – “Keşlə”
Mövsümün əvvəlki oyunları: 1:1, 3:1, 2:1
Sumqayıt. Şəhər stadionu
19:00. “Zirə” – “Neftçi”
Mövsümün əvvəlki oyunları: 2:1, 1:0, 1:1
Zirə İdman Kompleksinin stadionu
|
1. |
Qarabağ |
22 |
16 |
5 |
1 |
32-8 |
53 |
|
2. |
Qəbələ |
22 |
12 |
5 |
5 |
36-22 |
41 |
|
3. |
Sumqayıt |
22 |
10 |
6 |
6 |
29-24 |
36 |
|
4. |
Zirə |
22 |
9 |
8 |
5 |
29-21 |
35 |
|
5. |
Neftçi |
22 |
9 |
4 |
9 |
28-24 |
31 |
|
6 |
Səbail |
22 |
5 |
3 |
14 |
14-31 |
18 |
|
7. |
Keşlə |
22 |
4 |
6 |
12 |
19-34 |
18 |
|
8. |
Kəpəz |
22 |
3 |
3 |
16 |
14-37 |
12 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12