“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxacaq
22.04.2015 - 16:14
“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxacaq

İki oyunun nəticəsinə görə, “İnter”i üstələyərək Azərbaycan Kubokunun finalına vəsiqə qazanan “Neftçi”nin itkiləri azalmaq bilmir. Klubdan apasport.az saytına verilən məlumata görə, paytaxt klubu hələ də 3 futbolçusunun xidmətindən məhrumdu.

 

Artıq xeyli vaxtdı zədədən əziyyət çəkən kapitan Flavinyo və Almaniyada “mensk” əməliyyatı keçirdikdən sonra həkim nəzarətində olan müdafiəçi Məqsəd İsayev Premyer Liqanın növbəti turunu da buraxacaq. Fərdi məşqlərə başlayan hücumçu Rauf Əliyev də həftəsonu məşqçilər korpusunun ixtiyarında olmayacaq. “İnter”lə dünənki kubok görüşündə zədələnən Emin Mehdiyevin durumu isə qeyri-müəyyəndi.

 

Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının XXXI turu çərçivəsində aprelin 25-də “Qarabağ”la qarşılaşacaq.