[b]“Neftçi”nin almaq istədiyi braziliyalı Bakıya gəldi[/b]
06.06.2014 - 09:55
[b]“Neftçi”nin almaq istədiyi braziliyalı Bakıya gəldi[/b]

“Neftçi” klubunun transfer etmək istədiyi ilk əcnəbi futbolçu Kaue Sesilio da Silva ölkəmizə gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, artıq Bakıda olan braziliyalı yarımmüdafiəçi tibbi müayinədən keçməyə hazırlaşır.

 

Xəbəri “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov təsdiqləyib: “Bəli, Kaue bu gün səhər saatlarında Azərbaycana gəlib. Hazırda tibbi baxışdan keçir. Əgər baxışdan uğurla keçərsə, onunla 2 illik müqavilə bağlayacağıq”.

 

Qeyd edək ki, Kaue dayaq yarımmüdafiəçisidir. Braziliya və Portuqaliyada çıxış etmiş 25 yaşlı Kauenin oynadığı son komanda Rumıniyanın “Vasluy” klubu olub.

0