Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində “İnter”lə qarşılaşacaq “Neftçi” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “bankirlər”lə matça da ciddi itkilərlə çıxacaq.
Avropa Liqasına vəsiqəni təmin etməsinə baxmayaraq, Premyer Liqanı 3-cü pillədə başa vurmağı hədəfləyən “Neftçi” üçün bu baxımdan “İnter”lə görüş çox vacibdi. Baş məşqçi Arif Əsədov həftəsonu paytaxt derbisində 3 futbolçunun xidmətindən məhrum olacaq. Bunlar müdafiəçilər Denis Silva, Məqsəd İsayev və yarımmüdafiəçi Flavinyodu. Hər üç oyunçu hazırda zədədən əziyyət çəkir və yalnız fərdi məşqlərlə kifayətlənir.
Bundan əlavə, qırmızı vərəqə cəzalısı olan müdafiəçi Karlos Kardoso və hücumçu Nikolas Kanales də qarşıdakı matçı buraxacaqlar.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu mayın 8-də keçiriləcək.