AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində iyunun 17-də Farer adaları yığmasının qonağı olacaq 21 yaşadək futbolçulardan ibarət millimizin düşərgəsini 2 oyunçu tərk edib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin üzvləri Məqsəd İsayev və Rahil Məmmədov komandadan tez vətənə qayıdıb.
Buna səbəb hər iki futbolçunun zədəli olmasıdı. İsayev və Məmmədov məşqlərdə var gücləri ilə iştirak edə bilməyincə, onların vətənə qayıtmaları məsləhət bilinib.
Məlumatı saytımıza açıqlamasında Məqsəd İsayev özü də təsdiqləyib: “Bəli, gecə Bakıya qayıtdıq. Ayağımda ağrı hiss etdim. Rahilin də zədəsi var. Buna görə də, yığmasının düşərgəsini tərk etməli olduq”.
Qeyd edək ki, əvəzində əsas millidən 4 nəfər – Elvin Camalov, Elnur Cəfərov, Coşqun Diniyev və Emil Balayev U-21-in sıralarına qoşulub.