“Neftçi”nin müdafiəçisi Məqsəd İsayev əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, Türkiyədə tibbi yoxlanışdan sonra Almaniyaya yollanan gənc müdafiəçi orda cərrah bıçağı altına uzanıb.
Türkiyədə həkimlər futbolçunun çarpaz bağlarının qopduğunu və əməliyyata ehtiyac olduğunu deyiblər. Bu məqsədlə Almaniyaya yollanan İsayev orda sevindirici xəbər alıb. Belə ki, almanlar problemin ciddi olmadığını bildiriblər. Gənclər millimizin üzvü sadəcə “mensk” əməliyyatı keçirib. Yaxın günlərdə vətənə qayıdacaq “Neftçi”nin üzvünün gələn həftədən məşqlərə başlaması gözlənilir.
Qeyd edək ki, Məqsəd İsayev U-21 yığmamızın heyətində zədələndiyindən, onun əməliyyat və müalicə xərclərini AFFA ödəyir.
Rəvan ƏKBƏR