[b]“Neftçi”nin hücumçusu qayıtdı[/b]
27.04.2015 - 13:34
[b]“Neftçi”nin hücumçusu qayıtdı[/b]

Suçiçəyi xəstəliyinə yoluxduğu üçün Topaz Premyer Liqasının son 4 oyununu, eləcə də Azərbaycan Kubokunun yarımfinal matçlarını buraxan Rauf Əliyevin səhhəti yaxşılaşıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu, nəhayət ki, məşqlərə başlayıb.

 

Bir neçə gün idi ki, fərdi şəkildə hazırlıq keçən milli komandamızın üzvü artıq kollektivə qoşulub. Əliyev səhhəti ilə bağlı heç bir probleminin olmadığını, fiziki durumunun da qaydasına düşdüyünü deyib. O, Premyer Liqanın XXXII turu çərçivəsində mayın 1-də “Sumqayıt”a qarşı keçiriləcək görüşdə məşqçilər korpusunun ixtiyarında ola biləcək.

 

Qeyd edək ki, hazırda “Neftçi”də kapitan Flavinyo və gənc müdafiəçi Məqsəd İsayev zədədən əziyyət çəkir.