“Neftçi”nin oyunçuları Portuqaliyada üzüldü
28.10.2014 - 10:14
Futzal üzrə Gürcüstan millisi dünən Portuqaliya ilə yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın Povua-di-Varzin şəhərində keçirilən görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.
“Neftçi”nin oyunçuları da bu görüşdə iştirak edib. Belə ki, müdafiəçi Şota Çanukvadze, hücumçular - Arçil Sebiskveradze və David Lukava meydana sonradan daxil olub.
Qeyd edək ki, Gürcüstan millisi Portuqaliya ilə bu gün ikinci oyununu keçirəcək.
0
0