“Neftçi”nin oyunçuları Portuqaliyaya gedir
18.10.2014 - 10:39
“Neftçi”nin oyunçuları Portuqaliyaya gedir

“Neftçi”nin futzal üzrə komandasının oyunçularına Gürcüstan yığmasından dəvət gəlib. Apasport.az saytının məlumatına görə, müdafiəçi Şota Çanukvadze, hücumçular - Arçil Sebiskveradze və David Lukava millilərinin bugündən start götürən toplanışında iştirak etmək üçün vətənlərinə yollanıb.

 

Toplanış oktyabrın 24-dək davam edəcək. Bundan sonra Gürcüstan millisi Portuqaliyaya gedəcək. Qonşu yığma yanvarda keçiriləcək seçmə mərhələyə hazırlıq məqsədilə Pireney yarımadasında 2 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, Portuqaliya – Gürcüstan oyunları oktyabrın 28 və 29-da keçiriləcək. Hər 2 görüş Bakı vaxtı ilə saat 01:00-da baş tutacaq.