“Nəticədən razı qaldım, amma daha yaxşı oynaya bilərdik”
28.02.2014 - 16:37
“Nəticədən razı qaldım, amma daha yaxşı oynaya bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov deyib.
“Sumqayıt” bu gün Topaz Premyer Liqasının XXIV turu çərçivəsində qonağı olduğu “Bakı” ilə qolsuz bərabərə qaldı. Məmmdəov oyundan sonra təşkil olunan mətbuat konfransında yorğunluqdan şikayətlənib: “Neftçi” ilə görüşdə sərgilədiyimiz futbolu ortaya qoya bilmədik. Uşaqlarda yorğunluq hiss olunurdu. Fikrimcə, bu amil çıxışımıza təsir etdi. Qarışda daha çətin oyunlar var. Yaxşı hazırlaşmalıyıq”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0