“Nyukasl” “canavar” istəyir
11.06.2015 - 23:21
“Nyukasl” “canavar” istəyir

“Nyukasl”a baş məşqçi təyin olunduqdan sonra yeni oyunçular axtarışına çıxan Stiv Maklaren ilk hədəfini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu, keçmiş klubu “Volfsburq”da çıxış edən Bas Dostdur.

 

İngilis mütəxəssis bu keçidin baş tutması üçün “canavar”la olan köhnə əlaqələrini işə salmağı fikirləşir.

 

Xatırladaq ki, Bundesliqada ötən mövsümün ən yaxşı tapıntılarından biri olan futbolçu komandasına 16 qolla yardımçı olmuşdu.