[b]“O “Neftçi” ilə indiki “Neftçi” arasında fərq var”[/b] - FOTO
19.03.2015 - 13:10
[b]“O “Neftçi” ilə indiki “Neftçi” arasında fərq var”[/b] - FOTO

“Fikrimcə, Premyer Liqanın səviyyəsində müəyyən eniş var”. Bu sözləri apasport.az saytına “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.

 

Onun sözlərinə görə, əksər komandaların da hazırkı səviyyəsi aşağıdı: “Bakı” indi iddialılar arasında deyil. “Xəzər Lənkəran”ın hazırkı mövqeyi də ona iddialı komanda deməyə əsas vermir. 2012/13 mövsümündə çempion olan “Neftçi” ilə indiki “Neftçi” arasında da fərq var. Ümumiyyətlə , “Qarabağ” və “İnter”dən başqa digər komandaların çıxışında müəyyən eniş var”.

 

Quliyevin fikrincə, indiyə qədər ən səviyyəli çempionat 2012/13 mövsümü olub: “Həmin mövsüm çox gözəl keçmişdi. Həmin vaxt elitada 12 komanda mübarizə aparırdı, klubların maliyyə durumları stabil idi. Hər turda 2-3 prinsipial oyun olurdu. Həmin vaxt “Bakı” və “Xəzər Lənkəran” çempionluğa oynayan komandalar idi. O mövsüm məncə, bizim çempionatların tacı idi”.