“O, dünyanın ən yaxşı üç futbolçusundan biridi”
17.05.2015 - 14:42
“O, dünyanın ən yaxşı üç futbolçusundan biridi”

“Mən onu nəinki İngiltərənin, hətta bütün dünyanın üç ən yaxşı futbolçusundan biri hesab edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Roma” klubunun kapitanı Françesko Totti Stiven Cerard haqqında deyib.

 

“Liverpul”la doğma meydanda son oyununu keçirən və bundan sonrakı karyerasını ABŞ-da davam etdirəcək əfsanəvi futbolçu üçün ürək sözlərini “Roma”nın rəsmi saytı ilə bölüşən Totti Cerardın hələ də gəncliyində olduğu kimi möhtəşəm oynadığını deyib:

 

“Məncə hər bir futbolçu onunla eyni komandada, yanaşı çıxış etmək istər. Sadəcə möhtəşəm oyunçudu. O elə bir futbolçudur ki, dünyanın istənilən klubunda rahatlıqla oynaya bilər”.