“O, əgər inkişaf etmək istəyirsə, atasından xilas olamalıdı”
09.06.2015 - 19:27
İsveç yığmasının və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Norveçlə yoldaşlıq oyunundan sonra (0:0) rəqibin 16 yaşlı futbolçusu Martin Edeqor haqqında fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, gənc futbolçunun yaxşı oynadığını qeyd edən İbra onun inkişaf etməsi üçün sərbəst olmalı olduğunu deyib.
“Bu haqda danışmaq bəlkə də düz deyil, ancaq onu atası idarə edir. Edeqor yaxşı futbolçu olmaq, inkişaf etmək istəyirsə, atasından xilas olmalıdı. Bizə qarşı isə yaxşı oynadı, düşünürəm ki, hələ çox gəncdi və onun gələcəyi qabaqdadı”.
0
0