“Onlar “Neftçi”nin gələcəyidir”
07.10.2014 - 09:01
“Onlar “Neftçi”nin gələcəyidir”

“Qaradağ Lökbatan”la oyun yoxlama xarakteri daşıyırdı. Belə oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd heyətin bütün üzvlərini yoxlayıb komandanı Premyer Liqa matçlarına hazırlamaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

“Qaradağ Lökbatan”la yoxlama oyunu haqda fikirlərini klubun rəsmi saytına açıqlayan mütəxəssis 4:1 hesablı qələbəyə qısa şərh verib: “Yoxlama görüşlərində heyətin bir çox üzvünü sınamaq şansımız olur. Düzdür, bəzi futbolçularımız milli komandaların düşərgəsinə çağırıldığından, heyət üzvlərinin hamısı yoxlama oyununda iştirak edə bilmədi. Bununla belə, gənclər üçün özlərini göstərmək baxımından da əhəmiyyətli oyun oldu. Matç zamanı müəyyən taktiki dəyişiklərə əl atdıq. Üstəlik, ikinci hissədə heyətin yarıdan çoxunu dəyişdik və gəncləri sınadıq. Onlar “Neftçi”nin gələcəyidir. Gənclər belə oyunlarda təcrübə toplamalıdılar. İnanıram ki, bu futbolçular gələcəkdə əsas komandada möhkəmlənə biləcəklər”.

 

0