“Onlar bütün şanslardan istifadə edirlər”
13.11.2014 - 09:13
“Onlar bütün şanslardan istifadə edirlər”

“Slovakiya ilə oyunun çətin keçəcəyini bilirdik. Çünki bu komandanın heyətində rəqibin səhvlərini bağışlamayacaq səviyyədə futbolçular yer alıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adam deyib.

 

Almaniyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Slovakiya ilə oyunu haqda fikirlərini bildirib. Adam 1:4 hesablı məğlubiyyətin səbəblərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Onlar bütün şanslardan effektli istifadə edirlər. Şənbə günü bizi finala bərabər oyun gözləyir. Sloveniya ilə oyuna ciddi hazırlaşacağıq. Bu matçda qələbə qazanmaq istəyirik. Fikrimcə, bu mümkündür”.