“Onu “Barselona” istəyirsə, Messi ilə dəyişək”
01.05.2016 - 16:42
“Onu “Barselona” istəyirsə, Messi ilə dəyişək”

“Barselona”nın “Lester”in qapıçısı Kasper Şmeyxellə maraqlandığı barədə məlumat yayılıb. Apasport.az saytının məlumatına görə, “tülkülər”in baş məşqçisi Klaudio Ranyeri bu məsələyə münasibət bildirib.

 

O, “Barselona”nın marağına zarafatla cavab verib: “Kasper Şmeyxel fantastik qapıçıdı. O, qazandığı uğurları haqq edib. Şmeyxel mənim üçün heç vaxt atasının kölgəsində olmayıb. Ona görə də indi sizə deyirəm: dayanın, Kasperi atası ilə müqayisə etməyin.

Şmeyxellə “Barselona” maraqlanır? Ona görə nə qədər təklif edirlər? Biz Kasperi Lionel Messiylə dəyişə bilərik”.