“Onun “Xəzər Lənkəran”a qarşı oynaması hazırlıq durumundan asılı olacaq”
11.09.2014 - 10:56
“Onun “Xəzər Lənkəran”a qarşı oynaması hazırlıq durumundan asılı olacaq”

“Elnur Allahverdiyevlə bağlı bütün məsələlər artıq bu gün həll olunmalıdır. O bu gün klubun bazasına gələcək və axşam onunla müqavilə bağlandığını elan edəcəyik”. Bunu apasport.az saytına “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

 “Qəbələ”dən ayrılmış Elnur Allahverdiyevlə “Neftçi” 2 illik müqavilə bağlayacaq. Artıq bu məsələnin rəsmiləşməsi bir anın söhbətidir.

 

“Neftçi”nin yeni baş məşqçisi Arif Əsədov Allahverdiyevin sentyabrın 13-də “Xəzər Lənkəran”a qarşı oynamaq ehtimalından danışıb: “Elnurun “Xəzər Lənkəran”a qarşı oynaması onun hazırlıq durumundan asılı olacaq. Bildiyiniz kimi, o son vaxtlar oyun praktikasından əziyyət çəkir. Elnurun durumuna 1-2 gün ərzində aydınlıq gələcək... Bizdə limitlə bağlı problemlər var. Beynəlxalq oyunlar zamanı bu özünü göstərməsə də, daxili çempionatda özünü biruzə verir. Milli çempionatda müdafiənin cinahlarında daha çox problemlərimiz var. Elnur da həm sağ, həm də solda oynaya bilir. O, universal futbolçudur. Lazım gəlsə, müdafiənin hər yerində onu oynada bilərik”.