“Orduspor” rəsmisi: Subaşiçin bizimlə müqaviləsi var
30.06.2014 - 13:04
“Orduspor” rəsmisi: Subaşiçin bizimlə müqaviləsi var

Türkiyənin “Orduspor” klubu Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçi heyətində saxlamaqda israrlıdır. Apasport.az saytının məlumatına görə, Superliqaya vəsiqəni pley-offda əldən verən Ordu təmsilçisi 32 yaşlı hücumçunun “Bucaspor”a mümkün keçidini əngəlləmək iddiasındadır.

 

Klubun transferlərə məsul menecer Tahsin Türkmən Branimirin “Orduspor”la müqaviləsi olduğunu bildirib: “Onun klubumuzdan 100 min lirə alacağı var. Bu ödəməni də gerçəkləşdirəcəyik. Subaşiçin “Orduspor”la daha 1 illik müqaviləsi qalıb. Hücumçunu istəyən klub bizimlə danışıqlar aparmalıdır. Klubumuza isə hələlik belə təklif gəlməyib”.

 

Qeyd edək ki, Subaşiç 2013/14 mövsümündə “Orduspor”da 34 oyuna 8 qol vurub.

0