“Osmanlıspor” yığmamızın sabiq hücumçusunu üzdü
29.11.2014 - 22:21
“Osmanlıspor” yığmamızın sabiq hücumçusunu üzdü

Türkiyə PTT I Liqasında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" da növbəti matçına çıxıb.

 

Serb əsilli azərbaycanlı futbolçunun komandası səfərdə "Osmanlıspor"la üz-üzə gəlib. Görüşdə qonaqlar 3:0 hesablı ilə uduzub. Subaşiç sona qədər mübarizə apararaq, oyunu əvəzlənmədən başa vurub.

 

Qeyd edək ki, hazırda "Manisaspor" 10 xalla turnir cədvəlinin XV pilləsində qərarlaşıb.