“Öz meydançamızda uduzmaq istəmirdik”
13.09.2014 - 20:34
“Öz meydançamızda uduzmaq istəmirdik”

“Oyuna çox yaxşı başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Simurq”un baş məşqçisi Georgi Çixradzeyə məxsusdur.

 

Gürcüstanlı çalışdırıcı bu gün Topaz Premyer Liqasında V turun oyunda evdə “Qəbələ”yə 1:2 hesablı məğlubiyyətə şərh verib: “İlk qolu biz vurduq. Amma sonluq istədiyimiz kimi olmadı. Biz öz meydançamızda uduzmaq istəmirdik. Şanslarımızdan istifadə edə bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq”. 

 

Mənbə: pfl.az