“Özil İngiltərinin ən yaxşı futbolçusu ola bilər”
11.03.2014 - 21:56
“Özil İngiltərinin ən yaxşı futbolçusu ola bilər”

 

 

“Bavariya” futbol klubunun kapitanı Filipp Lam Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özil barəsində danışıb. Apasport.az saytının məlumatına görə, Lam Özilin İngiltərə çempionatında gələcək uğuruna inandığını bildirib.

 

Münhenlilərin 30 yaşlı yarımmüdafiəçisinin sözlərinə görə, Özilin bütün problemləri onun uyğunlaşa bilməməsi ilə bağlıdır və bu problem gələn mövsüm ortadan qalxacaq: “Məsudla oynayan istənilən futbolçu bilir ki, o, dahi oyunçudur. O, oynadığı istənilən komandada uğur qazanıb. Özil hücumda iştirak edən istənilən oyunçu uçun örnəkdir. Çünki azad sahə tapa və topu oraya göndərə bilir. Bunu isə dünyada çox az futbolçu bacarır. O, Avropanın ən ağıllı və istedadlı futbolçularından biridir. Məsud yeni çempionatda ilk mövsümünü keçirir. Amma gələn il İngiltərənin n yaxşı futbolçusu ola bilər”.