“Prosineçki cəmi 3 il ulduz futbolçu sayılıb”
26.10.2015 - 13:55
“Prosineçki cəmi 3 il ulduz futbolçu sayılıb”

“Robert Prosineçki dünyanın ən güclü futbolçularından biri olub. Bu, şübhəsizdi”. Apasport.az saytı Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Draqan Djaiç deyib.

 

“Srvena Zvezda”nın sabiq futbolçusu, keçmiş yuqoslaviyalı hücumçu müsahibəsində yığmamızın baş məşqçisi Robert Prosineçkinin uşaq yaşlarında futbolda atdığı ilk addımları xatırladıb.

 

Prosineçkinin uşaq yaşlarından istedadlı olduğunu deyən Djaiç bunları əlavə edib: “Onu görən kimi yaxşı futbolçu olacağını anladım. Sınaqdan keçəndə dərhal hiss olundu ki, istedadlıdı. Prosineçkinin istedadını görməmək mümkün deyildi. Sonradan daha güclü, tanınmış oyunçuya çevrildi. Amma Prosineçki cəmi 3 il ulduz futbolçu sayılıb”.

 

Qeyd edək ki, 1964-1979-cu illər ərzində Yuqoslaviya yığmasının formasını geyinmiş Djaiç millidə 85 oyunda 23 qola imza atıb. 

0