“PSJ”dən Ronaldoya təklif
06.03.2014 - 03:58
Fransanın “Pari Sen-Jermen” klubu xeyli əvvəl futbolu buraxan braziliyalı hücumçu Ronaldoya vəzifə təklif edib. Apasport.az saytının məlumatına görə, fransızlar Ronaldonu klubun idman direktoru vəzifəsində görmək istəyirlər.
37 yaşlı Ronaldo ona belə bir təklifin olduğunu etiraf edib: “Mən bu variantı nəzərdən keçirirəm. Mən fransız klubunu çox sevirəm”.
Qeyd edək ki, Ronaldu tez-tez “PSJ”” oyunlarını ziyarət edir.
0
0