“Qalatasaray” – “Çelsi” matçı öncəsi dava
26.02.2014 - 21:58
“Qalatasaray” – “Çelsi” matçı öncəsi dava

Bu axşam Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qalatasaray” – “Çelsi” matçı öncəsi hər iki klub azarkeşləri arasında dava düşüb. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə sözlü sataşma ilə başlayan gərginlik sonradan mübahisəyə çevrilib.

 

İstanbuldakı Taksim meydanında baş verən hadisə polisin müdaxiləsi ilə dayanıb. Ən son məlumatlara görə, olay yerində xəsarət alan olmayıb.