“Qalatasaray” mövsümün sonunda baş məşqçisini dəyişməyi düşünür. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılılar” artıq yeni çalışdırıcını da tapıb.
Mayda keçiriləcək prezident seçkilərindən sonra Hamza Hamzaoğlu ilə yeni müqavilə bağlamağı düşünməyən namizədlər əsasən alman mütəxəssis Yurgen Klinsmannla maraqlanırlar. Hazırda ABŞ millisinin “sükanı arxası”nda olan Klinsmann “Qalatasaray”la yanaşı, “Birmingem”lə də danışıq aparır. Təcrübəli çalışdırıcı özü də klubda çalışmaq istədiyindən, “Qalatasaray”a keçməyin əleyhinə deyil.
Qeyd edək ki, Yurgen Klinsmann ABŞ millisindən öncə Almaniya yığmasını və “Bavariya”nı da çalışdırıb.