“Qalatasaray” Almaniya millisinin hücumçusunu transfer edir
16.05.2015 - 11:41
“Qalatasaray” Almaniya millisinin hücumçusunu transfer edir

Türkiyə Superliqasının lideri “Qalatasaray” gələn mövsüm Çempionlar Liqasında uğurlu çıxış etmək üçün heyətini gücləndirmə prosesinə başlayıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “cim-bom” yenidən “İnter”in hücumçusu Lukaş Podolskini heyətinə qatmaq fikrinə düşüb.

 

“İnter” mövsümün sonuna qədər icarəyə götürdüyü almaniyalı forvardı yayda transfer etmək fikrində deyil. “Qalatasaray” da bundan istifadə edib müqavilə ilə “Arsenal”a məxsus olan futbolçunu almaq niyyətindədi. Bununla bağlı London klubu ilə danışıqlara artıq start verilib. İngilis klubu gələn ilin yayına qədər müqaviləsi olan hücumçunu sərfəli qiymətə satmağın əleyhinə deyil.

 

Qeyd edək ki, Podolski bu mövsüm “İnter”in heyətində keçirdiyi 16 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.