“Qalatasaray” braziliyalı futbolçunu istəyir
27.06.2015 - 22:05
“Qalatasaray” braziliyalı futbolçunu istəyir

İstanbulun “Qalatasaray” klubu yeni transfer etməyə yaxındı. Apasport.az saytının məlumatına görə, “cim-bom” “Kuinz Park Reyncers”in braziliyalı yarımmüdafiəçisi Sandro Ranyerini heyətinə qata bilər.

 

Bu barədə İngiltərənin  “Independent” qəzeti məlumat yayıb.

 

Bildirilir ki, klub Sandronu satmaq niyyətindədi.

 

26 yaşlı futbolçu ilə İtaliya, Çin və “Qalatasaray” klubları yaxından maraqlanır.

 

Əlavə olaraq bildirək ki, Türkiyə təmsilçisinin Sandronu icarəyə götürə biləcəyi də deyilir.

 

Qeyd edək ki, braziliyalı futbolçu “Kuinz Park Reyncers”dən əvvəl, 3 il “Tottenhem”də də çıxış edib.