“Qalatasaray” ümid vəd etmir
27.02.2014 - 16:22
“Qalatasaray” ümid vəd etmir

Çempionlar Liqasının ilk 1/8 final oyununda “Çelsi” ilə bərabərə (1:1) qalan “Qalatasaray” üçün İngiltərə səfəri statistika baxımından ümid vəd etmir. Apasport.az xəbər verir ki, rəqəmlər “Türk Telekom” arenada Joze Maurinyonun komandası ilə “sülh” bağlayan İstanbul nəhənginin xeyrinə deyil.

 

Martın 18-də “Stemford Bric”də cavab oyununa çıxacaq Roberto Mançininin kollektivi indiyə qədər İngiltərə səfərində qələbə üzü görməyib. “Dumanlı Albion” stadionlarında 1978-ci ildən bu yana 8 matçda meydana çıxmış “aslanlar” qalibiyyət nə olduğunu görməyiblər. “Cim-Bom”un İngiltərə səfərlərinin statistikası ilə tanış olun:

1) 1978-ci il. UEFA Kuboku
“Uest Bromviç” – “Qalatasaray” 3:1

2) 1993-cü il. Çempionlar Liqası
“Mançester Yunayted” - “Qalatasaray” 3:3

3) 1994-cü il. Çempionlar Liqası
“Mançester Yunayted” - “Qalatasaray” 4:0

4) 1999-cu il. Çempionlar Liqası
“Çelsi” - “Qalatasaray” 1:0

5) 2000-ci il. UEFA Kuboku
“Lids Yunayted” - “Qalatasaray” 2:2

6) 2002-ci il. Çempionlar Liqası
“Liverpul” - “Qalatasaray” 0:0

7) 2006-cı il. Çempionlar Liqası
“Liverpul” - “Qalatasaray” 3:2

8) 2012-ci il. Çempionlar Liqası
“Mançester Yunayted” - “Qalatasaray” 1:0