“Qalatasaray”dan ilk transfer
24.06.2015 - 21:26
İstanbulun “Qalatasaray” klubu ilk transferini reallaşdırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “sarı-qırmızılar” Moskva “Lokomotiv”indən Omar Niasseni icarəyə götürüb.
25 yaşlı futbolçu ilə anlaşma 1 illik nəzərdə tutulub.
Seneqallı futbolçu son mövsümdə Rusiya Premyer Liqasında meydana çıxdığı 19 oyunda 6 qol vurub, 4 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.
0
0