“Qalatasaray”dan qızıl “het-trik”
08.08.2015 - 23:46
“Qalatasaray”dan qızıl “het-trik”

Türkiyə superkubokunun sahibinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada ölkə çempionu və kubokun qalibi “Qalatasaray” ölkə kubokunun finalçısı “Bursaspor”la qarşılaşıb.

 

Gərgin mübarizənin taleyini bir qol həll edib.

 

“Sarı-qırmızılar” Yasinin vurduğu qolla qarşılaşmadan qalib ayrılıb.

 

Bununla da, Hamza Hamzaoğlu və yetirmələri mövsümdə ardıcıl 3-cü titulu qazanaraq “het-trik”ə imza atıblar.