“Qalatasaray”dan rəsmi transfer açıqlaması
30.01.2014 - 21:55
“Qalatasaray” 1-ci liqa təmsilçisi “Manisaspor”un futbolçusu Oğuzhan Kayarı heyətinə qatıb. Apasport.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
“Sarı-qırmızılar” 18 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə bağlayıb. “Cim-Bom” bu keçid üçün Manisa təmsilçisinə 2 milyon 250 min türk lirəsi ödəyəcək.
Qeyd edək ki, Kayar Türkiyə millisinin aşağı yaş qrupları üzrə komandalarında da çıxış edir.
0
0