Ötən gün keçiriləcək qarşılaşmalarla Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, gecə saatlarında daha 2 görüş baş tutub.
Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi qarşılama İstanbulda keçirilib. “Qalatasaray” doğma azarkeşləri qarşısında “Çelsi”ni sınağa çəkib. Rəqib güclü olsa da, Roberto Mançinin komandası qələbə qazanmaq, “zadəganlar” isə İngiltərə futbolunun nüfuzunu qorumaq üçün döyüşüb. Qonaqlar erkən qolla önə keçsə də, “Cim-Bom” 64-cü dəqiqədə hesabı bərabərləşdirib. Oyunda başqa qol qeydə alınmayıb və tərəflər hərəyə 1 qolla meydandan ayrılıb.
Günün digər matçı isə Almaniyada oynanılıb. Azarkeşlər “Şalke” ilə Madrid “Real”ı arasında baş tutacn duelə şahid olub. Qarşılaşmanın favoriti olan qonaqlar “şaxtaçılar”a doğma publika önündə divan tutub – 1:6.
Çempionlar Liqası, ilk oyunlar
26 fevral (çərşənbə)
"Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə) - 1:1
QOLLAR: Şedju, 64 - Torres, 9
"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya) - 1:6
QOLLAR: Huntelaar, 90 - Benzema, 13, 57, Beyl, 21, 69, Ronaldo, 52, 89
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”