“Qalatasaray”ın futbolçusuna 2 oyunluq cəza
11.09.2014 - 19:39
“Qalatasaray”ın futbolçusuna 2 oyunluq cəza

“Qalatasaray”ın yarımmüdafiəçisi Felipe Melo cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Braziliya milli komandasının sabiq futbolçunu iki oyunluq yaşıl meydanlardan uzaqlaşdırıb.

 

Buna səbəb, Melonun sosial şəbəkədə "Fənərbaxça"nın prezidenti Əziz Yıldırımı təhqir edən mesaj yazması olub. Həmçinin İntizam Komitəsi 31 yaşlı oyunçunu 13 min türk lirəsi məbləği ilə cərimələnib.

 

Beləliklə, Melo Türkiyə Superliqaının II turunda “Əskişəhirspor”la evdə, III turda “Balıkəsirspor”la səfər matçında komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, “Qalatasaray” “Əskişəhirspor”la sentyabrın 13-də qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.