“Qalatasaray”ın müdafiəçisi sıraya döndü
26.02.2014 - 00:36
“Qalatasaray”ın müdafiəçisi sıraya döndü

 “Qalatasaray”a gənc müdafiəçisi Semih Kayadan sevindirici xəbər gəlib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həftə içi məşq zamanı zədələnən 22 yaşlı futbolçunun vəziyyəti yaxşılaşıb.

 

Belə ki, ayağından xəsarət alaraq çalışmanı yarımçıq dayandıran Semih ötən gün komandası ilə birgə məşqlərə qatılıb. Onun bu gün Çempionlar Liqasında 1/8 finalındakı “Çelsi” matçında meydana çıxması gözlənilir.

 

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Semih “Qalatasaray” futbol məktəbinin yetirməsidir. Onun İstanbul klubu ilə 2016-cı ilə qədər müqaviləsi var.