“Qalatasaray”ın Uesli Sneyderə 1 milyon avro borcu var
10.10.2014 - 21:09
“Qalatasaray”ın Uesli Sneyderə 1 milyon avro borcu var

“Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyderə borcu var. Apasport.az saytının məlumatına görə, “Cim-Bom” müqaviləsinin müddəti 2016-cı ildə başa çatacaq hollandiyalı futbolçunun 1 milyon avro dəyərində olan maaşını ödəməyib.

 

Bu haqda Sneyderin özü də açıqlama verib: “Klubumun mənə borclu olduğu doğrudur. Hazırda “Qalatasaray” öz maliyyə problemlərini həll edir. Menecerim komanda rəhbərliyi ilə danışıqlar aparırlar. Bu məsələ yaxın günllərdə öz həllini tapacaq. Amma bu dəqiqə mən fikirimi Hollandiya millisinin oyunlarına yönəltmişəm”.

 

Qeyd edək ki, Sneyder “Qalatasaray”a 2013-cü ildə İtaliya “İnter”indən transfer olunub. Uesli bu vaxt ərzində “aslanlar”ın heyətində Türkiyə çempionu, ölkə kuboku və Türkiyə Superkubokuna sahib olub.