“Qarabağ” - “Tofiq Bəhramov”da ilk arzu!
05.11.2014 - 15:38
“Qarabağ” - “Tofiq Bəhramov”da ilk arzu!

Sabah Avropa Liqasında qrup mərhələsinin II dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, IV turun 24 qarşılaşmasından biri Azərbaycanda baş tutacaq.

 

Ölkəmizin qitə miqyaslı yarışlarda yeganə təmsilçisi olan “Qarabağ” ikinci ev matçına çıxacaq. F qrupunda mübarizə aparan Ağdam təmsilçisi 2 həftə əvvəl Kiyevdə qarşılaşdığı Ukrayna “Dnepr”ini sınağa çəkəcək.

 

Səfərdə 1:0 hesabı ilə qalib gələn komandamız Bakıda da 3 xal əldə etməyə çalışacaq. “Qarabağ” buna nail olsa, 1/16 finala daha da yaxınlaşacaq. Hazırda qrupda ikinci olan Azərbaycan çempionu ən yaxın izləyicisi “Sent-Etyen”lə səfər oyunu öncəsi qalib gəlməlidi ki, Fransaya rahat yollansın. Qələbə həm də evdə qazanılacaq ilk belə uğurumuz olacaq. Çünki Azərbaycan klublarının qrupdakı yeganə qələbəsi rəqib meydanında əldə olunub. Ağdamlılar da Bakıda ilkə imza atmaq arzusundadı.

 

“Dnepr”lə matçdakı xal itkisi daha çox fransalıların işinə yaraya bilər. Ukraynalılar isə ölkəmizə qələbə dalınca gəldiyini açıq şəkildə bəyan edib. Çünki məğlubiyyət Ukrayna təmsilçisinin qrupda qalmasını da rəsmiləşdirə bilər. Bunun üçün turun digər qarşılaşmasının da rolu olacaq.

 

Son iki ev oyununda qolsuz heç-heçə ilə kifayətlənən Ağdam təmsilçisi bu uğursuz seriyanı qələbə ilə unutdurmağa çalışacaq. Topaz Premyer Liqasının lideri olan “Qarabağ” hazırkı heyətinin hər iki cəbhədə - həm daxili, həm beynəlxalq arenada bacarıqlı olduğunu göstərmək iddiasındadı.

 

Avropa Liqası

Qrip mərhələsi, IV tur

F qrupu

6 noyabr

21:00. “Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna)

Baş hakim: Pavel Qil

Baş hakimin köməkçiləri: Pyotr Sadçuk, Martsin Borkovski

Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Kjiştof Yakubik

Dördüncü hakim: Konrad Sapela (hamısı Polşa)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. T. Bəhramov adına Respublika stadionu

 

1.

İnter

3

2

1

0

3:0

7

2.

Qarabağ

3

1

1

1

1:2

4

3.

Sent-Etyen

3

0

3

0

0:0

3

4.

Dnepr

3

0

1

2

0:2

1