[b]“Qarabağ” – “Neftçi” oyununun vaxtı açıqlandı[/b]
21.04.2015 - 10:14
Topaz Premyer Liqasının XXXI turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq tura paytaxtdan kənarda baş tutacaq görüşlərlə start veriləcək.
Oyun gününə mərkəzi oyunla yekun vurulacaq. “Qarabağ”la “Neftçi” arasında görüş saat 19:00.-da başlayacaq.
XXXI tur
25 aprel (şənbə)
17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Sumqayıt” – “Simurq”
“Kapital Bank Arena”
18:00. “İnter” – AZAL
“İnter Arena”
19:00. “Qarabağ” – “Neftçi”
“Bakcell Arena”
Mənbə: pfl.az
0
0