[b]Yubiley olacaq[/b]
28.03.2014 - 12:41
[b]Yubiley olacaq[/b]

“Qəbələ” Topaz Premyer Liqasının IV dövrəsinə “Qarabağ”la oyunla başlayacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, XXVIII turda - martın 30-da Ağdam təmsilçisinin meydanında baş tutacaq qarşılaşma rəqiblərin cari mövsümdə 6-cı görüşü olacaq.

 

Çempionatın əvvəlki 3 dövrəsində rəqibindən xal ala bilməyən Yuri Syominin yetirmələri Azərbaycan kubokunun 1/4 finalında səfər qələbəsi ilə ağdamlıları mübarizədən kənarlaşdırmağı bacarıb.

 

Ardıcıl 3-cü dəfə mövsümdə 6 dəfə qarşılaşan komandalar ümumilikdə 30-cu duelə çıxacaq. Əvvəlki 29 matçın 23-ü Premyer Liqa, 6-sı kubokda baş tutub. Bu qarşılaşmalarda 6 qələbəsi olan “Qəbələ” 12 dəfə heç-heçə ilə kifayətlənib. “Qarabağ” isə 11 dəfə qalib olub.

 

İndiyədək keçirilən 29 matçda qapılara 60 qol vurulub. Bunlardan 36-sı ağdamlıların, 24-ü Qəbələ təmsilçisinin hesabındadır. 60 qola 34 futbolçu imza atıb. 3 dəfə “Qəbələ”ni, 2 dəfə isə “Qarabağ”ı məyus edən Kənan Kərimov 5 qolla duellərin ən məhsuldar oyunçusudur. 3 futbolçu isə eyni komandada 4 dəfə fərqlənib. Luis Hilario və Viktor Mendi “Qəbələ”nin, Reynaldo Silva isə “Qarabağ”ın 4 qoluna imza atıb.

 

“Qəbələ” səfərdə keçirdiyi 14 matçda 3 dəfə qalib gəlib. 6 heç-heçənin qeydə alındığı görüşlərdə “Qarabağ” 5 dəfə sevinib. Bu qarşılaşmalarda 30 qol vurulub. Onlardan 18-i meydan sahibləri, 12-si qonaqların hesabındadır.

 

2006/07. Premyer Liqa

20.08.2006. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2

Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

 

2006/07. Premyer Liqa

22.02.2007. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2

Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81

 

2007/08. Premyer Liqa. 

06.10.2007. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Bokunqu Fiston, 61 - Aslan Kərimov, 13, Qoqa Beraya, 52

 

2007/08. Premyer Liqa

13.04.2008. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Kənan Kərimov, 8, Aslan Kərimov, 56 - Vladimir Taranu, 80

 

2008/09. Premyer Liqa

20.09.2008. Qəbələ - Qarabağ (Ağdam) - 1:2 

Kənan Kərimov, 78 - Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

 

2008/09. Premyer Liqa

15.03.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

2009/10. Premyer Liqa

23.09.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

2009/10. Premyer Liqa

06.12.2009. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Tomaş Stolpa, 52 (p.) - Rəşad Sadiqov, 78

 

2009/10. Premyer Liqa

21.03.2010. Qəbələ - Qarabağ (Ağdam) - 3:1

Paulino Lopes Tavares, 49; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 43

 

2009/10. Premyer Liqa

24.04.2010. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Rauf Əliyev, 10 - Kənan Kərimov, 18 (p.)

 

2010/11. Premyer Liqa

25.09.2010. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Deon Barton, 57; Branimir Subaşiç, 72 - Emin İmaməliyev, 83

 

2010/11. Premyer Liqa

13.02.2011. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Rauf Əliyev, 15; Georgi Adamiya, 63; Əfran İsmayılov, 75

 

2011/12. Premyer Liqa

27.08.2011. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Viktor Mendi, 37

 

2011/12. Premyer Liqa

21.12.2011. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

 

2011/12. Azərbaycan kuboku

14.03.2012. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Viktor Mendi, 41; Luis Hilario, 65 - Rauf Əliyev, 46; Muarem Muarem, 90

 

2011/12. Premyer Liqa

18.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

İlqar Qurbanov, 90+1 - Viktor Mendi, 16

 

2011/12. Azərbaycan kuboku

28.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

2011/12. Premyer Liqa

14.04.2012. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Yannik Kamanan, 70

 

2012/13. Premyer Liqa

31.10.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Muarem Muarem, 59 - Rəşad Abdullayev, 32; Luis Hilario, 34

 

2012/13. Premyer Liqa

10.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luka Zinko, 41 - Riçard Almeyda, 55 (p.)

 

2012/13. Azərbaycan kuboku

27.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luis Hilario, 33 - Vüqar Nadirov, 56

 

2012/13. Azərbaycan kuboku

07.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

2012/13. Premyer Liqa

30.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 1:0

Riçard Almeyda, 39

 

2012/13. Premyer Liqa

28.04.2013. Qəbələ - Qarabağ (Ağdam) - 0:2

Reynaldo Silva, 69; 77  

 

2013/14. Premyer Liqa

25.08.2013. Qəbələ – Qarabağ (Ağdam) - 0:1

Vüqar Nadirov, 16

 

2013/14. Premyer Liqa 

03.11.2013. Qarabağ – Qəbələ - 4:3

Nikolos Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Çumbinyo, 65 - Lorenso Ebesilio, 71, Leonardo da Silva, 77, Luis Hilario, 85

 

2013/14. Premyer Liqa 

08.02.2014. Qəbələ – Qarabağ - 0:1

Reynaldo Silva, 74

 

2013/14. Azərbaycan kuboku

13.03.2014. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

 

2013/14. Azərbaycan kuboku

19.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Reynaldo Silva, 60 - Daniel Subotiç, 45+1; Viktor Mendi, 81 

0