Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq hər iki görüşdə ədaləti 6 hakim qoruyacaq.
“Qarabağ”la “Simurq” arasında qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Digər beynəlxalq dərəcəli hakimlərimiz Rəhim Həsənovla Orxan Məmmədov da bu qarşılaşmaya təyinat alıb. Onlar əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. “Neftçi” – “İnter” matçı isə İnqilab Məmmədova həvalə olunub.
Azərbaycan kuboku
1/2 final
13 aprel (bazar ertəsi)
18:00. “Qarabağ” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
İnter Arena
19:00. “Neftçi” – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
Bakcell Arena