“Qarabağ” “Dnepr”lə oyuna hazırlaşır
04.11.2014 - 19:41
“Qarabağ” “Dnepr”lə oyuna hazırlaşır

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Dnepr”lə oyuna hazırlaşan “Qarabağ” bu gün növbəti məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib.

 

Məşq baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altından bir saatdan çox davam edib.

 

Qeyd edək ki, “Qarabağ” – “Dnepr” matçı noyabrn 5-da Tofiq Bərhamov adına Respublika stadionunda baş tutacaq. Saat 21:00-da başlayacaq oyunu polşalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi isə Pavel Qil olacaq.