Topaz Premyer Liqasının bu gün keçiriləcək XXIV turunun “Neftçi” – “Qarabağ” oyununun baş hakimi Vüsal Əliyev mövsümdə 15-ci çempionat matçını idarə edəcək. Apasport.az saytının məlumatına görə, sabiq FİFA referisinin idarə etdiyi qarşılaşmaların 8-də meydan sahibləri, 5-də qonaqlar qalib gəlib və cəmi 1 dəfə bərabərlik qeydə alınıb.
Əliyevin idarə etdiyi matçlarda 46 qol vurulub. Bunlardan 29-na meydan sahibləri, 17-nə qonaqlar imza atıb. Səfərdə oynayan komandaları 3 penalti və 4 qırmızı vərəqə ilə cəzalandıran hakim meydan sahiblərini də 3 dəfə azlıqda qoyub.
Əliyev “Neftçi” və “Qarabağ”ın komandalarının hər birinin 3 oyununda fit çalıb. Bu komandaların 16-cı turdakı oyununda da ədaləti qoruyan referi ağdamlıların 3:1 hesablı qələbəsinin şahidi olub. Bu iki komandanın onun idarəçiliyi altında meydana çıxdığı digər oyunlarda da məhsuldarlıq göstərib. Həmin qarşılaşmalarda qalib ən azı 3 qol vurub.
“Qarabağ” “Sumqayıt”ı (II tur) 5:1, “Xəzər Lənkəran”ı (XI tur) 3:0, “Neftçi”ni 3:1 yenməklə Əliyevlə bütün görüşlərdə 3 xalı minimum 3 qolla qazanıb. Əzəli rəqibinə uduzan bakılılar isə AZAL-ı (I tur) 4:1, “İnter”i (VI tur) 3:1 udanda da məhsuldarlıq göstərib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”