Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” – “Qarabağ” oyununun baş hakimi Vüsal Əliyevin Ağdam klubu üçün düşərli sima olması bir daha təsdiqini tapıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi cari çempionatda sabiq FİFA referisinin idarə etdiyi 4-cü matçda da böyük hesablı qələbə qazanıb.
Belə ki, “Qarabağ” cari mövsümdə “Sumqayıt”ı (II tur) 5:1, “Xəzər Lənkəran”ı (XI tur) 3:0, “Neftçi”ni isə (XVI) 3:1 hesabı ilə yenməklə, Əliyevlə bütün görüşlərdə 3 xalı minimum 3 qolla qazanmışdı. Sonuncu turda isə ağdamlılar “Neftçi” üzərində 4:1 hesablı qələbəyə sevindilər.
Qeyd edək ki, sonuncu turda “Qarabağ”a məğlub olduqları matçda Vüsal Əliyevin rəhbərlik etdiyi hakimlər briqadasından şikayətçi olan “Neftçi” cəbhəsi narazı qaldığı epizodları ictimaiyyətə açıqlayıblar.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”