“Millinin oyunları ilə əlaqədar olaraq yaranmış fasilə bizə mənfi təsir göstərdi. Eyni zamanda, ola bilər ki, “Qarabağ” adı futbolçularımda müəyyən həyəcan yaratmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər AZAL-ın baş məşqçisi Tərlan Əhmədova məxsusdur.
O, bu gün keçirilən Topaz Premyer Liqasında V turungörüşündə evdə “Qarabağ”a 0:3 hesablı məğlubiyyətə şərh verib: “Heyətdə müəyyən problemlər var. Amma yaxın vaxtlarda bunlar həllini tapacaq. Ruslan Məcidov və Tomi Kostadinov sıraya dönürlər. Yerli futbolçulardan Təmkin hələ heyətə uyğunlaşmayıb. İstedadlı oyunçudur, amma özünü göstərə bilmədi. Komandada heç kimin oyunundan razı qalmadım. “Qarabağ”a Avropa Liqasının qrup oyunlarında uğurlar arzu edirəm”.
Mənbə: pfl.az