“Qarabağ” belə şey görməmişdi
03.10.2014 - 13:56
“Qarabağ” belə şey görməmişdi

 “Qarabağ” klubunun avrokuboklarda qələbəsiz oyunlar seriyası 5-ə çatıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin II turunda “İnter”ə uduzan Ağdam təmsilçisi bundan əvvəlki 4 qarşılaşmada da qalib gələ bilməmişdi.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Avstriya “Zalsburq”una uduzan (0:2) “Qarabağ” mübarizəni digər yarışda davam etdirməli olmuşdu. Avropa Liqasında pley-offu qələbə qazanmadan keçən təmsilçimiz Hollandiya “Tvente”sini səfər qolu ilə keçmişdi – 0:0, 1:1.

 

Qrup mərhələsində də qalib gələ bilməyən ağdamlılar Fransa “Sent-Etyen”i ilə Bakıda qolsuz heç-heçə edib, ardınca İtaliyaya yollanmışdı. Sonuncu dəfə iyulun 30-da evdə “Zalsburq”u 2:1 hesabı ilə üstələyən “Qarabağ” Qurbanovun baş məşqçiliyi dövründə qitə miqyaslı turnirlərdə belə uğursuz seriya yaşamamışdı.

 

Qeyd edək ki, komandanın avrokuboklardakı ən uzun qələbəsiz oyunlar seriyası 1999-2009-cu illərə təsadüf edən 8 matçdan ibarətdi.

0