[b]“Qarabağ” birinci divizion klubu ilə bacarmadı[/b]
03.05.2015 - 20:25
[b]“Qarabağ” birinci divizion klubu ilə bacarmadı[/b]

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" bu gün yoxlama oyunu keçirib. Apasport.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam klubu "Qarabağ Şuşa" ilə qarşılaşıb.

 

"İnter Arena"da keçirilən matçda "Qəbələ" ilə görüşdə iştirak etməyən və ya az oynayan oyunçular meydana çıxıb.

 

Saat 17:00-da başlayan oyun 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.