“Dnepr”in Avroliqada zəif çıxışı Ukrayna mətbuatında müzakirə mövzularından biridir. Apasport.az saytının məlumatına görə, Abelardo ləqəbli ukraynalı jurnalist avrokuboklarda çıxış edən “Dinamo”, “Metallist”, “Dnepr” və “Şaxtyor”un son oyunlarına toxunub.
Həmkarımızın sözlərinə görə, “Dnepr” Avroliqada 1/16 finala çıxmaq istəyirsə, istər Kiyevdə, istərsə də Bakıdakı görüşlərdə “Qarabağ”a qalib gəlməlidir: “Dnepr”in növbəti rəqibi “Qarabağ”dır. Pley-offa ümid etmək üçün burundan axan qan bahasına da olsa 6 xal toplamaq lazımdır. Hərçənd, azərbaycanlıların fransız və italyanlara qarşı oyununa baxdıqda bunun o qədər də asan olmayacağını görmək mümkündür. “Qarabağ” çox hiyləgər rəqibdir...”
Qeyd edək ki, “Dnepr” – “Qarabağ” görüşü oktyabrın 23-də keçiriləcək.