“Qarabağ” səfərdən qayıdıb, hazırlığa start verir
23.04.2015 - 13:51
“Qarabağ” səfərdən qayıdıb, hazırlığa start verir

“Qarabağ” Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” ilə qarşılaşmasının hazırlıqlarına start verir. Apasport.az saytının məlumatına görə, aprelin 16-da Bakını tərk edərək, “Simurq”la çempionat və kubok qarşılaşmaları üçün Zaqatalaya yollanan Ağdam təmsilçisi dünən Bakıya qayıdıb.

 

Qurban Qurbanovun yetirmələri 1 günlük fasilədən sonra növbəti turun hazırlığına başlayır. “Qarabağ”ın bu gün baş tutacaq yeganə məşqi saat 17:00-da başlayacaq. Hazırlıq klubun bazasında keçiriləcək.

 

Qeyd edək ki, XXXI turun “Qarabağ” – “Neftçi” oyunu aprelin 25-də “Bakcell Arena”da baş tutacaq. Görüş saat 19:00-da başlayacaq.