[b]“Qarabağ” rəsmisi: Emeqaranın transferi ilə bağlı heç bir problemimiz qalmayıb[/b]
09.10.2014 - 15:09
“Qarabağ” nigeriyalı hücumçu İnnosent Emeqara ilə müqavilə bağlayacaq. Bu barədə apasport.az saytına klubun meneceri Asif Əsgərov məlumat verib.
O bildirib ki, Emeqaranın transferində heç bir problem qalmayıb və onun keçidi rəsmiləşəcək: “Emeqara ilə bağlı heç bir problemimiz qalmayıb. Onun “Qarabağ”a keçidi rəsmiləşəcək. Bu gün və ya sabah bu məsələyə aydınlıq gələcək. Müqavilənin müddəti haqqında isə bütün məsələlər rəsmiləşəndən sonra məlumat veriləcək”.
0
0