“Qarabağ” sabah Ukraynaya yollanır
21.10.2014 - 19:05
“Qarabağ” sabah Ukraynaya yollanır

“Qarabağ” Ukraynaya yollanır. Apapsort.az-ın klubun saytına istinadən məlumatına görə,  Avropa Liqasının III mərhələsində “Dnepr”in qonağı olacaq komanda Bakıda sonuncu hazırlığıa çıxıb.

 

Ağdam klubu sabah səhər Bakı – Kiyev reysiylə hərəkət edəcək. Komandanın uçuşu təxminən 4 saatı əhatə edəcək. “Qarabağ”  səfərə tam heyətlə yollanır. Sadəcə, zədəli Çumbinyo Bakıda müalicəsini davam etdirəcək.

 

Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyunun keçiriləcəyi Olimpiya stadionun mətbuat zalında media nümayəndələrinin suallarını cavablandıracaq. Mətbuat konfransı yerli vaxtla 18:45-də (Bakı vaxtıyla 20:45) başlayacaq.